travel
Tur və paket satışı
Tur və paket satışı üçün incoming və outgoing turlarınızı, kvotalarınızı və paketlərinizi bir sistemdə idarə edin. Saytda son müştəriyə, B2B portalda isə agentlərə satın.
- Tur növləriIncoming, outgoing, ekskursiyalar, paketlər
- Satış kanallarıB2C sayt, B2B agent portalı
- KomponentlərUçuş, otel, transfer, sığorta, ekskursiya
- ÖdənişBank kartı, agent balansı, kredit limiti
- Müddət və qiymətTexniki tapşırıqdan sonra yazılı təklifdə
Tur və paket satışı necə işləyir
Turlar kataloqa tarixlər, kvotalar və qiymət cədvəlləri ilə daxil edilir. Sistem uçuş, otel və transferi bir sifarişdə birləşdirir, yer azaldıqca kvotanı avtomatik yeniləyir.
Hazır paket yoxdursa, müştəri uçuşu və oteli özü seçir və sistem dinamik paketi sizin qiymət qaydanızla hesablayır. Bütün sifarişlər, ödənişlər və sənədlər eyni paneldə qalır.
Agentlər turları B2B portalda netto qiymətlə görür, son müştəri isə saytda sizin satış qiymətinizi görür. Komissiya, ödəniş və sənədlər (müqavilə, vauçer, faktura) hər sifariş üçün avtomatik hazırlanır, beləliklə menecerləriniz sənəd yazmağa deyil, satışa vaxt ayırır.

Sistem nə edir
Turun kataloqdan satışa və sənədlərə qədər bütün həyatı bir paneldədir.
Tur kataloqu
Tarix, marşrut, qiymət və şəkillərlə turlar; saytda istiqamət və tarixə görə axtarış və filtr.
Kvota və yerlər
Otel və uçuş kvotaları sistemdə izlənir, yer bitəndə satış avtomatik dayanır.
Dinamik paketlər
Uçuş və otel birləşdirilir, paket qiyməti avtomatik hesablanır.
Agent satışları
Agentlər B2B portalda öz komissiyası ilə tur bronlaşdırır.
Sənədlər
Müqavilə, vauçer və turist siyahıları sistemdən hazırlanır.
Kimlər üçündür
Bu həll aşağıdakı şirkətlərin gündəlik işini sadələşdirir.
Outgoing tur operatorlar
Türkiyə, BƏƏ, Misir kimi istiqamətlərə charter və blok yerlərlə paket satan operatorlar üçün.
Incoming operatorlar
Azərbaycana gələn turistlər üçün ekskursiya, otel və transfer paketləri quran şirkətlər üçün.
Agentlik şəbəkələri
Operatorun turlarını öz saytında və filiallarında satan agentliklər üçün.
Necə başlayırıq
Hər mərhələdə nəyin hazır olduğunu bilirsiniz, müddət və qiymət əvvəlcədən yazılı razılaşdırılır.
Kataloq
Turlarınızın strukturunu, tarixləri və kvotaları müəyyən edirik.
Qiymətlər
Sezon, valyuta və agent qiymət cədvəllərini qururuq.
Təchizatçılar
Paket üçün aviabilet və otel təchizatçılarını qoşuruq.
Satış
Tur kataloqu saytda və B2B portalda satışa açılır.
Tez-tez verilən suallar
Cavabını tapmadığınız sual varsa, WhatsApp-da yazın.
Incoming və outgoing turları eyni sistemdə satmaq olarmı?
Bəli. Hər istiqamət üçün ayrıca kataloq və qiymət qaydaları qurulur, hesabatlar isə bir paneldə olur.
Tur qiymətlərini valyutada saxlamaq olarmı?
Bəli. Qiymətlər müxtəlif valyutalarda saxlanılır və satış zamanı seçilmiş valyutada göstərilir.
Hazır paket yoxdursa, müştəri özü yığa bilərmi?
Bəli. Dinamik paket rejimində müştəri uçuşu və oteli özü seçir, sistem paketin qiymətini hesablayır.
Tur və paket satışı üçün charter yerlərini idarə etmək olarmı?
Bəli. Blok və charter yerləri kvota kimi daxil edilir, satıldıqca avtomatik azalır, qalıq yerlər isə paneldə görünür.
Turistlərin pasport məlumatları necə toplanır?
Sifariş zamanı formada toplanır və sifarişə bağlanır. Lazım olduqda təchizatçıya və ya viza moduluna ötürülür.
Tur proqramını və təsvirini kim yazır?
Tur proqramlarını, şəkilləri və təsvirləri admin paneldən özünüz daxil edirsiniz. İstəsəniz ilk kataloqu birlikdə hazırlayır, komandanıza bunun necə edildiyini öyrədirik.
Əlaqəli həllər
Bu xidmətlə birlikdə ən çox istifadə olunan modullar.
Mövzu ilə bağlı yazılar

Turoperator və turagent nədir: iş prinsipləri, komissiya və netto qiymət
Turoperator və turagent nədir, fərqləri, reprezentativ və prezentativ iş prinsipi, çarter reysi, BB və AI qidalanma, komissiya və netto qiymət.

Turizmdə marketinq: agentlik üçün praktik bələdçi
Turizmdə marketinq necə qurulur: turizm sözünün mənası, turizm məhsulu və turizm marketinqi, sayt, SEO, Google Ads, sosial şəbəkələr və ölçmə.

Turizm şirkəti üçün mobil tətbiq: nə vaxt lazımdır və nə verir
Turizm şirkəti üçün mobil tətbiq: nə verir, sayt və PWA ilə müqayisə, əsas funksiyalar, B2B agent tətbiqi, hazırlanma mərhələləri və xərcə təsir…
Sisteminizi canlı göstərək
30 dəqiqəlik onlayn demo: axtarış, bron, bilet və hesabatlar.