Həllər
Turizm şirkətləri üçün İT həlləri: satış, platforma və idarəetmə modulları. Hər modulu ayrıca və ya vahid sistem kimi qururuq.
Turizm şirkətləri üçün İT həlləri: satışdan mühasibata qədər
Hər modul ayrıca işləyir, amma birlikdə vahid sistem kimi qurulur: bir admin panel, bir müştəri bazası, bir hesabat.
travel
Turizm məhsullarının onlayn satışı
- Aviabilet rezervasiya sistemi
GDS və NDC ilə axtarış, bron və avtomatik bilet yazılması. - Otel rezervasiyası
Bir neçə təchizatçının otaqları vahid axtarışda, ən sərfəli qiymətlə. - Tur və paket satışı
Incoming və outgoing turlar, uçuş + otel paketləri. - Viza, sığorta, transfer
Onlayn müraciət və sığorta şirkətləri ilə API inteqrasiyası.
technology
Satışın işlədiyi platformalar
- Turizm saytları
Axtarış, onlayn ödəniş və SEO ilə hazır korporativ sayt. - B2B agent portalı
Subagentlər üçün kabinet: balans, komissiya, öz qiymət qaydaları. - Korporativ poçt
Şirkət domenində təhlükəsiz poçt, istənilən cihazdan giriş.
coders
İdarəetmə, böyümə və dəstək
- Mühasibat və idarəetmə
Satışlar, ödənişlər, borclar və hesabatlar bir paneldə. - SEO və reklam
Google axtarışında görünmək və reklam büdcəsini düzgün xərcləmək. - Texniki dəstək 24/7
Bron problemi gecə yaranırsa da, cavab verən mütəxəssis olur.
Layihə necə gedir
İlk görüşdən sistemin işə düşməsinə qədər hər mərhələdə nəyin hazır olduğunu bilirsiniz.
Pulsuz konsultasiya
Biznesinizi, satış kanallarınızı və mövcud sistemlərinizi öyrənirik.
Texniki tapşırıq və təklif
Modulları, inteqrasiyaları, müddəti və qiyməti yazılı təsdiqləyirik.
Hazırlıq və inteqrasiya
Sistemi qurur, təchizatçılara və ödəniş sisteminə qoşuruq.
Test və təlim
Real bronlarla yoxlayır, komandanıza işləməyi öyrədirik.
İşə salma və dəstək
Sistem satışa açılır, 24/7 texniki dəstək başlayır.
Sisteminizi canlı göstərək
30 dəqiqəlik onlayn demo: axtarış, bron, bilet və hesabatlar.