Bloq

Bronlaşdırmanın tarixi

bronlasdirmanin-tarixi
Turizm

Bronlaşdırmanın tarixi

Bronlaşdırmanın tarixi

İlk dəfə “Kompüter Bronlaşdırma Sistemi” Avropa və ABŞ-da 60-cı illərdə yaranıb. O illərdə mülki aviasiya fəal inkişaf dövründə idi. Turist agentliklərində bronlaşdirmanın “telefon” texnologiyası və aviakompaniyalar tərəfindən reyslərin idarə etməsində ,kağız txnalogiyası artan sərnişin axınının xidmətinə müqavimət göstərə bilmədi və bu da işlərin avtomatlaşdırılmasına təlabat yaratdı.

1970-ci illərdə ABŞ-da “United Airlines” aviaşirkətində biletlərin bronlaşdırmasını həyata keçirən avtomatlaşdırılmış sistem – “APPOLLO” tətbiq edildi. Bununla yanaşı “American Airlines” aviaşirkətində isə ilk sistem “SABRE” oldu.

Əvvəl KSB ayrı-ayrı şirkətlər tərəfindən yaradildı və yalnız şəxsi turist agntliklərinin maraqlarına xidmət edirdi.Bir müddət keçdikdən sonra bu ona gətirib çıxartdı ki,bir tərəfdən fəal işləyən turist agentliklərində KBS-nın bir neçə terminalı yarandı ,bunlar müxtəlif aviakompaniyalara məxsus idi,o biri tərəfdən aviakompaniyalar KSB-nın inkişafına daha çox vəsait sərf etməli olurdular. Belə vəziyyətdə məntiqi qərar ondan ibarət oldu ki, KSB-nın bazarda inkişafı üçün aviakompaniyalar öz səylərini birləşdirdilər.

Bu inteqrasiyanın nəticəsi olaraq 4 qlobal ehtiyyat sistemi (Global Distirbution System GDS) yarandı. Hal-hazırda bronlaşdırmanın 4 sistemi bunlardır: Amadeus, Galileo, Sabre və Worldspan.

sabre

1970-ci ildə İBM və Amrican Airlines aviakompaniyası Sabre sistemini işləyib hazırlayanda çoxları onları dəli hesab etdi. American Airlines bu sistemin yaranmasına 150 milyon dollar xərclədi. Belə pula 707 təyyarədən ibarət hava ordusu almaq olardı. Amrican Airlines-ın kosturuktoru Klif Teylor xatırlayırdı: “Əsas işləri maliyyələşdirmək əvəzinə onlar otağı sirli yeşiklərlə doldurmuşdular. Çoxları elan edirdilər ki, bizim kompaniya dəli olub,lakin biz haqlı olduğumuza əmin idik ,çünki belə mükəmməl bir şey görməmişdik.O zaman hələ heç kəs səhvlər haqqında fikirləşmirdi.”

Sabre sisteminin yaradılması ideyası 6 il əvvəl təyyarədə yaranmışdı.American Airlines şirkətinin geniral direktoru K.Smitin və İBM şirkətinin direktoru Blyer Simitin təsadüfi görüşü zamanı Nyu-Yorkdan Los Ancelsa qayıdarkən yolda söhbətləri nəticəsində İBM və American Airlines-in biletlərin ehtiatda saxlanılması işinin tədqiqinə gətirib çıxartdı.1954-cü ildə başlanan işin məqsədi ehtiyat sisteminin avtomatlaşdırılmasının yaranması idi.

Beş ildən sonra hər iki kompaniya Massaçuset texnalogiya inistitutunun tədqiqatlarının nəticələrindən istifadə etməyi qərara aldılar. Onlar SAGE (Semi – automatic Ground Enviroment)-nin hava hərəkətinin təhlükəsizliyi sisteminin komersiya layihəsini işləyib hazırlaya bilmişdir. SAGE layihəsi məlumatların operativ hazırlanması texnologiyasının əsasını qoydu və komersiya hesablama sisteminin inkişafı üçün daha çox əhəmiyyətə malik idi,nəinki milli təhlükəsizlik üçün və məhz bu qərar Sabre sisteminin əsasını təşkil etdi.

1960-cı ilin əvvəlinəAmerican Airlinesin sərəncamında yarımavtomatlaşdırılmış Reservisor sistemi var idi,lakin agentlər ,işlərinin çoxunu əllə etməli idilər,sifarişləri telefonla alır ,məlumatları telefonla göndərir və kağız sənədləri doldurarkən çoxlu vaxt sərf etməli olurdular.Teylorun dediyinə görə səhvlərin ehtimalı 8% təşkil edirdi.Öz-özlüyündə bu rəqəm çox böyükdür ,lakin o zaman mövcüd avtomatlaşdırılmış sistem sözsüz avia şirkətdə ən yaxşı idi.

Istifadəçilər ümid edirdilər ki, Sabre-ə ciddi investisiya qoymaq əməliyyatın dəyərini artırmadan boşluqları azaldır.Əvvəlcə İBM və American Airlines mərkəzi hesablama mərkəzini Manxettenin mərkəzində yerləşdirdilər.

İndi Teylorun 69 yaşı var,o istefaya çıxıb və Oklaxoma Ştatında Tuls şəhərində yaşayır ,məhz bu yerə 70-ci illərdə American hesablama mərkəzini gətirdi.

Teylor proqramistləri küçədən yığa bilməzdi çünki belələri hç yox idi və buna görə də əməkdaşların örədilməsi ilə özü məşğul olurdu.İBM tərəfindən xüsusi test hazırlnmışdı.Teylor American Airlinesin biletləri ehtiyatı şöbəsinin 650 işçisinin hər biri ilə özü danışırdı.

“Mən layihənin həyata keçirilməsində iştirak etmək üçün bu qədər adamın olacağını gözləmirdi.O zamanlar kompüterləri elektirik beyinlə müqayisə edirdilər və adamlar hər şeyin həqiqətdə necə olduğunu görmək istəyirdilər.”

Hər şeydən əvvəl American Airlines-da tələb edirdilər ki,işçilər biznes prosesində yaxşı baş çıxarsınlar(bu ideya 90-cı illərdə inkişaf etdi,o vaxtdan uzun müddət ərzində  komputerlə əlaqəsi olan adamlar şərti olaraq 2 yerə bölünürdü:texniki mütəxəsislər və istifadəçilər). Beləliklə ,30 ildən sonra informasiya texnologiyası sahəsindəki mütəxəsislərin inkişafı spiralı yeni mərhələyə daxil oldu.

Teylor qeyd edirdi: “Sabre sistemi öz ətrafında ideal intelektual istifadəçilər birliyi toplamışdı. Onun üzvləri yeni texnologiyanı mənimsəməyə can atır və müəyyən vaxtdan sonra yüksək ixtisaslı kompüter mütəxəsislərinə çevrilmək üçün lazım olan bütün keyfiyyətlərə malik idilər.”

1965-ci ildə Sabre sistemi tamamilə interaktiv oldu və onda səhvlərin ehtimalı 1%-i keçmirdi.Bundan başqa ,proqram təminatında xeyli çətinliklərə baxmayaraq ,tam olaraq sistem 1960-62-ci illərdə yarandığı dövrlərdə olduğu kimi qalmışdı.

O 30 min nəqliyyat agentliyini ,3 milyon qeydiyyatdan keçmiş müştərini ,400-dən çox avixətti 50 firmanı(arendaya avtomobil verən),35 min şobə ,çox sayda turist agentliklərini ,bərə sahillərini birləşdirir.Hal-hazırda sistemin xidmətlərindən istifadə edən istənilən şəxs 60-cı illərin proqramçıları qarşısında borcludurlar.

Leave your thought here

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.